Fuad Əliyev: "Azərbaycanı Suriyaya, Əfqanıstana döndərmək istəyirlər"

“Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya, Respublikaçılar İnstitutu, SOROS Fondu ayrı-ayrı QHT-lərin adına külli miqdarda vəsaitlər köçürür, internet televiziyaları, saytlar açır və bu media seqmentləri üzərindən Azərbaycanın milli-mənəvi dəyərlərinə, daxili sabitliyinə zərbə endirmək üçün istifadə edirdilər. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xarici kəşfiyyat orqanlarının ölkə daxilində yaratdığı şəbəkələr daha da aktivləşib”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Əliyev Azərbaycan xalqının milli maraqlarına, dövlət əleyhinə qarşı işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çəkinməyən şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması ilə bağlı açıqlamasında bildirib.

Fuad Əliyev Qərbin bu cür şəbəkə təşkilatlarının Azərbaycan xalqının rifahına yox, dövlətçiliyə və xalqa qarşı fəaliyyət göstərdiyini, daxili sabitliyi pozmaq üçün külli miqdarda vəsaitlər xərclədiyini deyib. Qeyd edib ki, 2003-cü il seçkilərində baş verən iğtişaşların, eləcə də “İsmayıllı hadisələri”-nin arxasında Qərbin "5-ci kalon"u dayanır.

 

Fuad Əliyev bildirib ki, hazırda ABŞ-ın qeyd olunan məlum institutlarının Azərbaycandakı fəaliyyəti dayandırılsa da, bir çox şəbəkələr öz işini davam edir. Onun sözlərinə görə, həmin qüvvələr birbaşa öz nümayəndələrini Azərbaycana göndərə bilməsə də, işlərini üçüncü ölkələr, xüsusilə də Gürcüstan vasitəsi ilə həyata keçirirlər:

 

“Bu gün Azərbaycanda normal fəaliyyət göstərən internet kanallarını hökumətdən maliyyə alaraq yalnız onun maraqlarını qoruduğunu iddia edən "5-ci kalon" bu idialarla özünün qeyri-leqal fəaliyyətinə don geyindirməyə çalışır. Qərbin şəbəkələri vasitəsi ilə yaranan “toplum tv”-lər, bəzi saytlar, dövlətə qarşı verilişlər, yazılar təqdim edir, qeyri-qanuni qrantlar alırlar. Onların fəaliyyəti dövlətə xalqa qarşıdır. Ona görə də həmin saytlarda çalışan jurnalistlər həbs olunur, internet kanalları bağlanır”.

 

Fuad Əliyev qeyd edib ki, ölkə daxilində bəzi radikal qüvvələr hələ də var:

 

“Onları “psevdodemokrat” adlandırıram. Onlar xalqa, dövlətə yaxşı vədlər vermirlər. həmin qüvvələr Azərbaycanda sabitliyi istəmir, ölkəni Suriyaya, Əfqanıstana döndərmək istəyirlər. Bunlar üçün dövlət, xalq anlayışı yoxdur. Bunlar üçün öz şəxsi cibləri, maraqları mühümdür. Bu qruplar ətraflarında 5-3 nəfər saxlayıb qeyri-qanuni fəaliyyət göstərirlər”.


Azərbaycan xalqının milli maraqlarına, dövlət əleyhinə işləyən şəbəkələrin müəyyən edilərək neytrallaşdırılmasını alqışlayan Fuad Əliyev mövcud vəziyyətə uyğun olaraq həmin şəbəkələrin aşkar edilərək ictimaiyyətə təqdim edilməsinin zəruriliyini önə çəkib.

0.05876898765564