Latviyanın eks-prezidenti: “COP29 hamımıza təsir edəcək qərarların qəbulu baxımından çox əhəmiyyətlidir”
“İlin sonunda Azərbaycanda COP29 baş tutacaq. Bu tədbir dünyada bizim hamımıza təsir edəcək qərarların qəbulu baxımından çox əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa jurnalistlərə açıqlamasında deyib.
“Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər bütün dünyanı narahat edən mövzulardır. Biz parçalanmış bir dünyanı bərpa etmək mövzusu seçmişik, bu, dünyadakı problemləri düzəltmək üçün insanların nə edə biləcəyini, ölkələrin nə edə biləcəyini ifadə edir”, - o əlavə edib.