Əhməd Rəhmanov: Vətəndaşların arasında  narazılığa səbəb ilk öncə...

”Son bir ayda Şamaxı rayonunda DOST agentliyi tərəfindən iş yeri ilə təmin olunan insanlar arasında "işdən çıxarılma" ilə bağlı Birliyimizə olunan müraciətlər çoxalıb”

Bunu Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov açıqlamasında bildirib.

Onun sözlərinə görə hər bir müraciət Birliyin tərəfindən araşdırılır:

“Araşdırılma zamanı "işdən çixarılmışıq" deyə iddia irəli sürən insanlarla görüşüb və eləcə də Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nüməyəndələri ilə danışıqlar aparılandan sonra bəzi faktlar aşkar olunmuşdur. Vətəndaşların arasında  narazılığa səbəb ilk öncə onların əmək haqqlarından bir neçə dəfə artıq pul məbləğinin kartlarına yüklənməsi olmuşdur. Beləki, bu məbləg yüklənərək aldıqları mesajda "son hesabat" sözündən sonra onların müraciət etdikləri və DOST agentliyi tərəfindən təhkim olunduqları “Kamxoz” deyilən təsərrüfatın rəhbərliyinin bu məbləğ barədə xəbəri olmaması, vətəndaşlar tərəfində bir azda narahatlığı artırmış və "əmək müqaviləsinin bitməsi kimi" qiymətləndirilmişdir”.

Əhməd Rəhmanov bildirir ki, 2022-ci ildə Şamaxı rayonunda DOST xidməti tərəfindən bir neçə vətəndaşın müqaviləsi başa çatmadan, “müqavilənin vaxtı bitib” adı altında işdən azad olunması kimi faktı baş vermişdir:

“Birliyimiz tərəfindən aparılan iş nəticəsində Şamaxı rayonunda müraciət edənlərin bəzilərində, aldığı məbləğlərin mənbəyi üzə çıxmışdır. Bu məbləğlər işçiləri uzun illər, yəni son 3-4 ildə, məzuniyyətdə olmadıqları ücun aldıqları məzuniyyət pulu olduğu aşkar olundu. Bununla bağlı vətəndaşlar, gecdə olsa, xəbərdar olundu və əmək müqavilələrinin hələdə qüvvədə olması bilindi”.

“Lakin bununla Şamaxi rayonunda iş bitməmişdir. Rayonda işsizlik çox yuxarı həddə olduğundan, Müstəqil Həmkarlar Birliyi olaraq yerli icra orqanları ilə yeni iş yerlərin açılması ilə bağlı müzakirələr aparilır”- Əhməd Rəhmanov qeyd etdi.

0.11317801475525