Xaçmazda avtomobil ağaca çırpılıb: Xəsarət alan var

Xaçmaz şəhərinin mərkəzində, Nəriman Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 21 yaşlı Cavad İsayevin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə Cavad İsayev xəsarət alaraq Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.044501066207886