“Qarabağ” “Bayer”ə qarşı: Hesab açıldı - YENİLƏNİR + CANLI YAYIM

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesabı açıb.

Oyunun 58-ci dəqiqəsində Zubir fərqlənib - 0:1. 

01:03

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Qolsuz bərabərlik davam edir.

00:47

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

14.03.2024, 23:59

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer 04” - “Qarabağ” oyunu başlayıb.

Qarşılaşma Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilir.

Xatırladaq ki, ilk matçda heç-heçə qeydə alınmışdı - 2:2.

09:32

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək “Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Bakunews.media-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

09:32

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.

Bakunews.media-ın məlumatına görə, Azərbaycan çempionu Almaniyada “Bayer 04” komandası ilə üz-üzə gələcək.

“BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

15 mart

00:00. “Bayer 04” (Almaniya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Entoni Teylor.

Leverkuzen, “BayArena”.

İlk oyun - 2:2.

0.4311101436615