Doğuş və hamiləlik zamanı ölüm hallarının artmasının səbəbi nədir? - VİDEO
Hamiləlik, doğuş və zahılıq dövründə qadınların ölümü paytaxt Bakıya nisbətən regionlarda daha çox baş verir.
Xəzər TV mövzu ilə bağlı süjet hazırlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə 18 qadın vəfat edib. Hadisələrin altısı şəhər, 12-si isə kənd yerlərində baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili departamentinin ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova bildirib ki, ana ölümləri təkcə doğuş zamanı meydana çıxan hansısa problemdən, yaxud həkim səhvindən baş vermir:
“Elə qadınlar var ki, onlarda onkoloji xəstəlik və ya şiş olur. Hamiləlik də bu xəsətliklərin gedişatını kəskinləşdirir. Bu xəstəliklərdən agah olmadan, yaxud bilə-bilə hamiləlik əmələ gəldikdə ana ölümləri baş verir”.
Statistik məlumatlara görə, bir yaşadək ölən uşaqların sayında da artım var. 2021-ci ildə belə uşaqların sayı 840 nəfər idisə, 2022-ci ildə 959 nəfərə çatıb.
Mütəxəssis vurğulayıb ki, hər bir sağlam qadın klinik protokollara uyğun olaraq hamiləlik boyunca ən azı yeddi dəfə həkim müayinəsində olmalıdır.
Ətraflı süjetdə: