Koronavirusdan ölənlərin sayı 258 nəfərə çatıb

Çində koronovirusdan ölənlərin sayı 258, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb.

TASS-ın məlumatına əsasən, bu barədə "Vani" portalı yayıb.

Bir müddət öncə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi ölkədə 9692 nəfərin virusa yoluxduğunu və 213 nəfərin öldüyünü bildirmişdi. Komitədən verilən məlumata əsasən, virusa yoluxma ən çox Hubey əyalətində  (7,1 min yoluxma, 249 ölüm hadisəsi) qeydə alınıb. 

 

0.44187498092651