58 yaşlı Sindi Kroufordun makiyajsız fotoları marağa səbəb olub - FOTO

90-cı illərin supermodeli Sindi Krouford Malibuda görüntülənib.

58 yaşlı Sindi Krouford dostu ilə görüşə gedərkən kameralara tuş gəlib. Supermodel ictimaiyyət qarşısına ağ köynək, yaşıl gödəkçə və enli, mavi cins şalvarda çıxıb. Onun görünüşünü ağ “Adidas” krosovka, qol saatı və qızıl zəncir boyunbağı tamamlayıb. Məşhur makiyaj etməyib. Sindinin fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

“O, hətta köhnə kisə geyinsəydi belə, yenə də gözəl görünərdi, möhtəşəm xanımdır”, “Mənə elə gəlir ki, gözəl görünür”, “Gözəl qadındır, amma öz yaşında və ya hətta daha yaşlı görünür”, - deyə istifadəçilər rəy bildiriblər.

Mənbə: Gazeta.ru

0.35660600662231