Keçən il neçə təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb?
“2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 milyard manat vəsait ayrılıb və artım 19,2% olub”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb:
“Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilib, ikisi əsaslı təmir olunub və doqquzunun isə tikinti işləri davam etdirilir”.