TƏBİB-dən azyaşlıya ilkin tibbi yardım etməyən xəstəxanalarla bağlı AÇIQLAMA
Jurnalist Məhərrəm Əliyev qardaşı oğlunun başından xəsarət aldığını, lakin uşağa xəstəxanaların heç birində ilkin tibbi yardım edilmədiyini iddia edib.
“Qafqazinfo xəbər verir ki, jurnalist ilk olaraq uşağı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə, daha sonra isə 20 saylı şəhər poliklinikasına apardıqlarını qeyd edib.
Onun sözlərinə görə, adıçəkilən xəstəxanaların heç birində uşağa ilkin tibbi müdaxilə edilməyib. Ailə uşaq xəstəxanasına yönləndirilib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, M.Əliyevin müraciətinə uyğun olaraq, azyaşlıya zəruri köməkliyin göstərilməsi təmin olunub:
“Sözügedən hal üzrə tibb müəssisələrdən müvafiq izahatlar alınır və məsələ araşdırılır. Nəticəsinə uyğun olaraq tədbir görüləcəkdir”.