Xəzər rayonunda yanğın olub
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin mətbəxində mebel, bir ədəd soyuducu və bir ədəd kondisioner yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı altı kvadratmetr sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.