Hacıqabulda TIR piyadanı vuraraq öldürüb

Hacıqabulda yük maşını piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vuraraq öldürüb.

Ölən şəxsin kimliyi məlum deyil.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

0.059371948242188