Petar Stoyanov: “Ukraynadakı münaqişə II Dünya müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır”

“Ukraynadakı münaqişə İkinci Dünya müharibəsindən sonra Avropa üçün ən çətin çağırışdır”.

“Report” xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib.

“Əslində, Rusiya Avropa mədəniyyətində mühüm rol oynayır. Sadəcə, Dostoyevskini, Tolstoyu, Çaykovskini və başqalarını xatırlayaq. Və təzadlı sual yaranır: Necə olur ki, Rusiya dünyaya belə zəngin mədəniyyət verə bilib, amma heç cür demokratik və azad cəmiyyət qura bilməyib?” - o bildirib.

Sabiq prezidentin sözlərinə görə, bu gün bir çox Avropa dövlətləri Ukraynada müharibənin necə bitəcəyi ilə maraqlanırlar.

0.14740109443665