Gürcüstanın baş naziri: “Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir”

“Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Sülh məsələlərinə xüsusi diqqət yetirilməli olduğunu, Gürcüstanın regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də davam etdirəcəklərini vurğulayan baş nazir, həmçinin, bildirib:

“Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”.

0.046550035476685