Nobel Sülh mükafatı laureatı: “Xaosun fəsadlarından biri uşaqların insan alverinin qurbanına çevrilməsidir”

“Dünyada müharibələrin nəticəsi olaraq ciddi xaos yaranıb”.

“Report” xəbər verir ki, bunu Nobel Sülh mükafatı laureatı Kailaş Satyarti “Qlobal çağırışlara dayanıqlılığın yaradılması: Resursların qıtlığı və miqrasiya” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xaosun yaratdığı fəsadlardan biri uşaqların insan alverinin qurbanına çevrilməsidir:

“Müharibələr dayandırılmalıdır. Eyni zamanda, insanlar, o cümlədən uşaqlar təbii fəlakətlərin, iqlim dəyişikliyinin qurbanı olurlar. Onlar buna layiq deyillər. Hər kəsin yaşamaq hüququ var”.

0.13270306587219