Ukraynada miqrasiya qanununu pozan azərbaycanlı saxlanıldı

Ukraynada qanunsuz yaşayan miqrantlar deportasiya olunacaq.

Kp.ua-nın xəbərinə görə, 12 müsəlman Ukraynada qanunsuz yaşayıb.

Kiyev şəhərinin Starojitomirski prospektində yerləşən ticarət obyektlərinin yoxlanışı zamanı 15 miqrasiya qanununun pozulması faktı aşkar edilib.

Bununla bağlı 12 xarici vətəndaş saxlanılıb. Onların Azərbaycan, Rusiya, Marokko, Tunis, Yəmən, Misir, Qazaxıstan, Suriya, Özbəkistan və Liviya vətəndaşları olduğu bildirilir.

Həmin şəxslər ölkələrinə deportasiya ediləcək.

0.99417591094971