Zakir Həsənov: “Terrorçuların xaincəsinə hücumu məni hədsiz kədərləndirdi”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

“Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin”, - deyə Zakir Həsənov bildirib.

0.081280946731567