Müstəqil Həmkarlar Birliyi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda vətəndaşlardan Birliyə daxil olan müraciətlərə baxılaraq müvafiq təşkilatlara göndərilməsi barədə qərar verilib.
İclasda təşkilatı məsələlərə də baxılıb.
Daha sonra Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik qəbul olunub.
Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayırıq.
Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.
Hörmətli həmvətənlər!
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!