Pike futbolda inqilabi yeniliklər təklif etdi
“Barselona” və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike futbolda heç-heçənin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib.
“Futbolda bir qaydanı dəyişdirə bilsəydiniz, bu, hansı olardı?” sualını cavablandıran idmançı maraqlı təklif ilə yadda qalıb:
“Daha çox qol vurmağın və ya oyunun heç-heçə bitməsinin qarşısını almağın yollarını tapmalıyıq. Ola bilsin ki, bərabərliyi ləğv etmək lazımdır. Niyə də yox? Beysbol və ya basketbolda heç-heçə yoxdur. Siz oyuna gedirsiniz və oyun heç-heçə ilə bitir. Sual yaranır: Kim qalib gəldi?
Futbol dəyişiklikdən qorxur. Onun böyük tarixi var, çox ənənəvidir, lakin dəyişiklik olacaq, olmalıdır. Yeni nəsil üçün 0:0 hesabı ilə bitə biləcək 90 dəqiqəlik oyunu başa düşmək çətindir”, - deyə Pike bildirib.
Mənbə: footballhd.ru