Beş yaşlı Rəvanın başına qaynar su tökülüb - FOTO
2019-cu il təvəllüdlü Rəvan Ramik oğlu Səfiyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Bu barədə Bakunews.media-a onun anası İlhamə Səfiyeva məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıq üzündən baş verib:
“Evdə elektriklə işləyən çaydanı qoşub su qızdırırdım. Bu zaman dörd yaşlı oğlum onun kabelindən dartdı. Çaydanda olan su onun başına töküldü. Biz Tovuzda yaşayırıq. Oradan təcili yardım maşını ilə Bakıya gəldik. Xəstəxanaların birində 10 günə yaxın qaldıq. Övladımın müalicəsinə imkanım çatmadığı üçün yarımçıq dayandırıb rayona qayıtmağa qərar verdik. Yardımsevər insanların köməyi ilə yenidən Bakıya qayıtdıq və Rəvan dəriköçürmə əməliyyatı oldu. Yoldaşım rayonda göyərti əkib, qapımızda satır. Mən də ona kömək edirəm. Başqa gəlir yerimiz yoxdur. Sağ olsun xalqımız, Rəvanın müalicəsi üçün də bizə əl uzadıb. Biz ötən ay yenidən Rəvanın müalicəsinə başladıq. Amma topladığımız pul təəssüf ki, onun bir kurs müalicəsi üçün yetərli olmadı. Oğlumun müalicəsi (dərmanları), reabilitasiyası və yanan yerlərin masajı üçün həkimlər 600 manata ehtiyacımız olduğunu bildirirlər. İmkanlı şəxslərdən yenidən bu pulu toplayıb Rəvanı sağalda bilməyim üçün mənə dəstək olmalarını xahiş edirəm”.
Əlaqə nömrəsi: (050) 346-19-49.
Uni Bank: 5243 7544 4126 9881.