Ağstafada avtomobil qəzası: Xəsarət alanlar var

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, avtomobil qəzası nəticəsində Aşağı Kəsəmən kənd sakinləri - 1982-ci il təvəllüdlü T.Bodurova, 1965-ci il təvəllüdlü S.Bodurova, 1990-cı il təvəllüdlü A.Bodurova və 2003-cü il təvəllüdlü S.Edilov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.44790101051331