Rusiyalı politoloq: “Azərbaycanla müharibə olacağı təqdirdə KTMT Ermənistana kömək etməyəcək”
“KTMT-nin Azərbaycanla yeni müharibə olacağı təqdirdə Ermənistana kömək edəcəyi ehtimalı azdır”.
Bunu rusiyalı ekspert, politoloq Aleksey Naumov NEWS.ru-ya bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla yeni müharibə ehtimalına dair bəyanatını belə şərh edib.
Politoloq qeyd edib ki, söhbət Azərbaycana məxsus olan və çox güman ki, delimitasiya və demarkasiya komissiyasının işi çərçivəsində geri qaytarılacaq kəndlərdən gedir.
“Düşünürəm Paşinyan anlayır ki, o, müharibə edəsi, KTMT-dən kömək istəyəsi halda deyil. O, Ermənistanın qaytarmalı olduğunu dinc yolla qaytaracaq. Paşinyan ağıllı və savadlı siyasətçidir. O, başa düşür ki, indi Ermənistanın bu bölgədən kənara çıxmaq imkanı yoxdur. Təbii ki, Rusiya bu işdə ona dəstək verməyəcək və Qərb istəsə belə, bunu edə bilməyəcək”, - Naumov bildirib.