Goranboyda qəza: Xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını “Ford Transit” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınının sürücüsü xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava olub.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) əməkdaşları cəlb olunublar.

0.43658089637756