Şəmkirdə qəza: Xəsarət alanlar var

Şəmkir şəhərində restoranların birinin qarşısında yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü K.Hüseynov, 2002-cü il təvəllüdlü H.Hacıyev və 2003-ci il təvəllüdlü M.Səfərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.61859011650085