Cəmilə Ələkbərova: “Səkkiz kəndin Azərbaycana qaytarılması məsələsi həmişə gündəmdədir” - VİDEO

Səkkiz kəndin Azərbaycana qaytarılması məsələsi daim gündəmdədir.

Bu barədə Media.Az xəbər portalının baş redaktoru Cəmilə Ələkbərova CBC TV-nin efirində bildirib.

“Həm dövlət başçısı İlham Əliyev, həm baş nazirin müavini Şahin Mustafayev, həm də ümumilikdə Azərbaycan dövləti bu barədə daim danışır. Ermənistan tərəfinə gəlincə, onlara inanmaq çətindir. Baş nazirin sözlərinə inanmaq daha çətindir. Bir ay əvvəl eyni şeyi deyən Nikol Paşinyan bir ay sonra tamam başqa bəyanatla çıxış edir”, - deyə C.Ələkbərova qeyd edib.

O əlavə edib ki, Ermənistanın başına gələnlərdən nəticə çıxararaq sözdən əmələ keçdiyinə ümid edir.

“Ümid var ki, Paşinyan bunu öz xalqına çatdıra biləcək və proses irəliləyəcək”, - deyə C.Ələkbərova bəyan edib.

 

0.054478168487549