Peskov Ermənistanın Aİ müşahidə missiyası barədə qərarından danışdı: “Azərbaycanın rəyini nəzərə almadan...”

“Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Aİ-nin müşahidə missiyasını dəvət edir. Bu, missiyanın effektivliyini şübhə altına ala bilər”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Məsələ ondadır ki, müşahidənin predmeti nədən ibarətdir və bu missiya Azərbaycan tərəfindən tanınırmı? Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılansın”, - deyə Kreml nümayəndəsi qeyd edib.

“Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, - deyə Dmitri Peskov əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Razılaşma Ermənistanın səlahiyyətli orqanlarına imkan verəcək ki, Aİ missiyasını, o cümlədən onun bölmələrini, qərargahını və heyətini gömrük və vergi məsələləri üzrə diplomatik statuslu nümayəndəlik kimi nəzərdən keçirsin.

Mənbə: TASS

0.64426803588867