Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı münasibətilə paylaşım edib.

“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda bayram Novruz tonqalları ilə qeyd olunur. Deyildiyi kimi, oyun bitdi!

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə qeyd edəcəyimizi demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhundayıq. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il tarixində yenilənmiş, 3761 nömrəli xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!” - deyə Hikmət Hacıyev paylaşımda bildirib.

 

0.043210029602051