Paytaxtda Novruz ab-havası - FOTOREPORTAJ
Novruz mənası “Yeni gün” olan, yazın gəlişindən müjdə verən qədim xalq bayramıdır.
Bakunews.media xəbər verir ki, paytaxt sakinlərinin bir qismi bayram tətilini mərkəzi küçələrdə və İçərişəhərdə keçirilən Novruz şənliklərinə qatılmaqla keçirir.
Novruz elçiləri - keçəl, kosa, eləcə də mərkəzi küçədə hazırlanmış bayram xonçasının maketi şəhəri turistlər üçün də daha maraqlı edir.
İnsanlar Novruz atributları ilə şəkillər çəkdirir, bir-biriləri ilə bayramlaşırlar.
Xatırladaq ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda 7 gün qeyri-iş günü elan olunub.
Daha çox foto burada: PhotoStock.Az