Mağazada yuyucu toz üstündə dava düşdü - VİDEO

Rusiyanın Neftekamsk bölgəsində yerləşən mağazalardan birində yuyucu toz üstündə dava düşüb.

 REN TV-nin məlumatına görə, hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə piştaxta yaxınlığında alıcılar arasında düşən qarışıqlıq və dava əks olunub.

Bir neçə dəqiqə sonra alıcılara satıcı yaxınlaşır və davanı dayandırmaq istəyir:

“Siz nə edirsiniz? Bu ki sadəcə, yuyucu tozdur, dəli olmusunuz?”, - satıcı bildirib.

0.91319584846497