Paris-2024 Olimpiya Oyunları: Fransa və Argentinanın rəqibləri bəlli oldu

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında futbol turnirinin püşkatma mərasimi keçirilib.

idman.biz xəbər verir ki, son dünya çempionatının finalçılarının rəqibləri bəlli olub.

Meydan sahibləri (Fransa) A qrupunda, argentinalılar isə B qrupunda mübarizə aparacaqlar. İspaniya C qrupunda yer alıb.

Qrup üzvlərinin hamısı hələ dəqiqləşməyib. Asiya qitəsinin seçmə mərhələsinin oyunlarından sonra daha üç iştirakçı, qitələrarası pley-off yarışlarından sonra isə daha birinin adı müəyyənləşəcək.

Qeyd edək ki, Olimpiadanın final oyunu avqustun doqquzunda “Park des Princes” stadionunda keçiriləcək.

A qrupu: Fransa, ABŞ, qitələrarası pley-off qalibi, Yeni Zelandiya.

B qrupu: Argentina, Mərakeş, Asiya Təsnifatında üçüncü yer, Ukrayna.

C qrupu: Asiya Təsnifatında ikinci yer, İspaniya, Misir, Dominikan Respublikası.

D qrupu: Asiya təsnifatında birinci yer, Paraqvay, Mali, İsrail.

0.4016740322113