Goranboyda fermanı qəsdən yandıran şəxslər saxlanılıblar - FOTO
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Bəhruz Məmmədpurun sifarişi əsasında həmyerliləri Cavid Allahverdiyev və Erik Vəliyev tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.