Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı AÇIQLADI

Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb.

Bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Bundesliqada ən yüksək maaşı “Bavariya”nın futbolçuları alırlar. İlk üç pillədə ingiltərəli hücumçu Harri Keyn (ayda 2,1 milyon avro), qapıçı Manuel Noyer və hücumçu Tomas Müller (hər ikisi 1,66 milyon avro) qərarlaşıblar.

Premyer Liqanın ən yüksək ödənişli futbolçusu isə “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynedir (2,02 milyon avro). Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Holand (1,9 milyon avro) bu göstəricidə ikincidir. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro (1,77 milyon avro) üç-dördüncü pillələri bölüşürlər.

0.40722703933716