Şahdağda qarın hündürlüyü 38 sm-ə çatıb - FAKTİKİ HAVA
Martın 22-si saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən bildirildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.
Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.