Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Bu barədə AZƏRTAC xəbər verib.
Təbrik məktubunda deyilir:
“Möhtərəm Mehriban xanım,
Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.
Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram”.