Azərbaycan və Monqolustan millilərinin start heyətləri AÇIQLANDI - YENİLƏNİB

“FIFA series-Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.

Bakunews.media xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amil Seydiyev, 11. Ramil Şeydayev

Məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: Otsuka

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

09:48

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series - Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

Bakunews.media xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.

“FIFA series - Edition 2024”

22 mart

20:00. Azərbaycan - Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

0.60774993896484