İngiltərəyə 1:5 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Futbolçularımdan razıyam”

Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərəyə 1:5 hesabı ilə uduzduqları oyunu şərh edib.

Bakunews.media AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:

“Güclü komandaya qarşı oynadıq. Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq. İndividual keyfiyyətləri olan futbolçulara qarşı oynadıq. Futbolçularımızdan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər, lakin təəssüf ki, böyük hesabla məğlub olduq”.

0.083003997802734