“Real Madrid” və “Portu”nun əfsanələri “Santyaqo Bernabeu”da qarşılaşdılar - FOTO/VİDEO

İspaniyanın “Real Madrid” və Portuqaliyanın “Portu” klublarının əfsanəvi oyunçuları bu gün “Santyaqo Bernabeu”da xeyriyyə oyunu keçiriblər.

Qarşılaşmada “Real Madrid”dən Kasilyas, Karambö, Arbeloa, İvan Kampo, Roberto Karlos, Fiqu, Zeedorf, Solari, Zidan, Moryentes və Raul çıxış ediblər.

Həmçinin oynayıblar: Makmanaman, Baptista, Raul Bravo, Milya, Buyo, Pavon, Fernando Sanz, Qranero, Amaviska, Kontreras, Alfonso, Butraginyo və Martin Vaskez.

“Portu”nu Vitor Baya, Joau Pintu, Bruno Alves, Rikardo Koşta, Marek Çex, Paulo Assunsao, Ruy Barros, Kostinya, Dieqo Ribas, Derley və Bosinqva təmsil ediblər.

Həmçinin oynayıblar: Pedro Mendes, Bruno Vale, Mario Silva, Penya, Rubens Jr., Rikardo Silva, Capuço, Qaspar və Kasilyas.

Qeyd olunur ki, bütün gəlirlər yan amiotrofik sklerozla mübarizəyə sərf olunacaq.

Görüş 0:1 hesabı ilə “Portu”nun xeyrinə başa çatıb. Marek Çek səkkizinci dəqiqədə rəqibin qapısına qol vurub.

 

0.56994891166687