Azərbaycanlı kikboksçu “Glory 91” yarışında iştirak edəcək
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə “Glory 91” yarışında iştirak edəcək.
Bakunews.media xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq.
O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. “Glory 91” turniri aprelin 27-də keçiriləcək.
Qeyd edək ki, Bəhram Rəcəbzadə peşəkar rinqdə keçirdiyi 68 görüşdə 66 qələbə qazanıb, iki dəfə məğlub olub. Kikboksçumuz bu qarşılaşmaların 58-də nokautla qalib gəlib.