Basketbolçu qadınlarımızdan Türkiyədə parlaq qələbələr

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri parlaq qələbələr qazanıblar.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri altı yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

AZE-(U-18) - “Daçka Şerifalı” U18 (67:58)

AZE-(U-16) - “Daçka Şerifalı” (U-16) (61:56)

AZE-(U-18) - “Sakarya Asaş” (U-18) (71:68)

AZE-(U-16) - “Sakarya Asaş” (U-16) (83:53)

AZE-(U-18) - “İstanbul Yıldızları” (U-18) (56:53)

AZE-(U-16) - “İstanbul Yıldızları” (U-16) (72:60)

0.53601908683777