İmişlidə beşotaqlı evdə yanğın olub

İmişli rayonunun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.51249885559082