İranda bayram günlərində baş verən yol-nəqliyyat hadisələrində 417 nəfər ölüb

Martın 14-dən İranda Novruz şənliklərinin başlanmasından bu yana qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində azı 417 nəfər ölüb, 11 400-ə yaxın insan yaralanıb.

Bu barədə yol polisinin rəhbəri Teymur Hüseyni məlumat verib.

O əlavə edib ki, qəzaların çox olmasının əsas səbəbləri sürücülərin yorğunluğu və yuxululuğu, həmçinin sürət həddini aşması olub.

Mənbə: TASS

0.082522869110107