Moskvada baş verən terror aktı ilə bağlı iş üzrə daha iki nəfər ittiham olunub - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın İstintaq Komitəsi “Crocus City Hall”a hücumun daha iki iştirakçısını terrorda ittiham edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.

Onların hər ikisi həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıblar.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (mütəşəkkil bir qrup şəxs tərəfindən insan ölümü ilə nəticələnən terror aktı) ilə təqsirləndirilən Fayzov Məhəmmədsobir və Fəriduni Şəmsidin məhkəmə qarşısına çıxarılıblar.

Mənbə: TASS

00:24

Rusiyanın Moskva vilayətində ”Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı iş üzrə iki nəfər ittiham olunub.

Bu barədə “RİA Novosti” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, onları ömürlük həbs cəzası gözləyir.

 

0.4265148639679