Azərbaycanın Rusiyadakı baş konsulu terror aktında həlak olanların xatirəsini ehtiramla yad edib - VİDEO

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov improvizə olunmuş memorial önünə gül dəstələri qoyub, Moskva vilayətində törədilmiş terror aktı zamanı həlak olanların Xatirə kitabına başsağlığı və dəstək ifadələrini qeyd edib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Baş Konsulluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının binasının qarşısında ümummilli matəm günü vətəndaşların “Crocus City Hall”da həlak olanların xatirəsinə gül gətirdikləri yer təşkil edilib. Kitabxana binasının özündə “Kədər kitabı” açıqdır.

Həmin görüntüləri təqdim edirik:

 

0.075459003448486