Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bakunews.media-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna kollektivi ilə üz-üzə gələcək.

“Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

0.58946895599365