İcarəyə götürdüyü avtomobillə qəzaya düşdü - Yaralını qoyub qaçdı

Bu gecə Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Fəhlə prospektində qeydə alınıb. 

Belə ki, adı hələlik məlum olmayan şəxs icarəyə götürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı beton maneyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1993-cü təvəllüdlü Məmmədov Anar ağır xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

Məmmədov Anarın yaxınları bildirib ki, avtomobildə daha üç nəfər olub və onlar qəza baş verdikdən sonra hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

 

0.34886884689331