Yoldaşlıq görüşləri: Almaniyadan qələbə, İngiltərədən heç-heçə, Türkiyə məğlub oldu - VİDEO

Dünyanın yaşıl meydanlarında futbol üzrə yoldaşlıq görüşləri keçirilir.

Başa çatan maraqlı matçlarda Türkiyə millisi səfərdə Avstriyaya böyük hesabla uduzub 6:1. Ay ulduzların heyətində yalnız Hakan Çalhanoğlu penaltidən fərqlənib.

Almaniya Niderlanddan üstün olub. Narıncıların bir qoluna almanlar iki qolla cavab veriblər - 2:1.

İngiltərə isə Belçika ilə sülh bağlayıb. Tərəflər hərəyə iki dəfə fərqləniblər - 2:2.

Həmçinin, Sloveniya Portuqaliyaya qalib gəlib. Prineylilər qapılarında iki cavabsız top görüblər - 2:0.

Fransa isə Çilini məğlub edib - 3:2. Fransızların ulduzu Mbappe görüşdə yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

0.52400994300842