Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı hədəfləyir

Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı hədəfləyir.

Bunu ölkənin energetika naziri Almasadam Satkaliyev parlamentdə keçirilən plenar iclasda bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ixrac edilən neft marşrutlarının şaxələndirilməsi üçün müxtəlif alternativləri nəzərdən keçirir.

Satkaliyev qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, o cümlədən azərbaycanlı tərəfdaşlarla müqavilələr əsasında Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə çıxışın təşkili istiqamətində iş aparılır.

Mənbə: tengrinews.kz

0.33953499794006