Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi

Yaponiyanın “Sharp” şirkəti qeyri-adi “Basio Active 2” smartfonunu təqdim edib.

Şirkətin saytında verilən məlumata görə, yeni məhsul hərbi sertifikatlara uyğun buraxılıb.

“Sharp Basio Active 2” 5,7 dyümlük ölçülü HD+ ekranla təchiz edilib.

Digər xüsusiyyətlər arasında smartfon yuyula bilir, onun su və tozdan qorunma özəlliyi var.

Smartfon xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və nömrələri qara siyahıya əlavə etmək üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətni daha asan oxumaq üçün kontrastı artırmaq mümkündür.

Qeyd edək ki, “Sharp Basio Active 2” yalnız Yaponiya bazarında 41,8 min yen (təxminən 25,5 min rubl) qiymətinə satılır.

Mənbə: gazeta.ru

0.41507196426392