Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyən edilib.

Faktla bağlı kafenin sahibi, 1966-cı il təvəllüdlü Vüqar Balayev (şərti) barəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində bildirib ki, sahibi olduğu kafeni başqa bir şəxsə aylıq 800 manata icarəyə verib. Həmin qadınlardan gündəlik 10-15 manat yerpulu aldığını deyən şəxs törətdiyi əməli etiraf edib.

Cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə kafe sahibinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzası verilib.

0.081653118133545