Azərbaycan Premyer Liqası: “Səbail” “Turan Tovuz”la heç-heçə edib - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

Bakunews.media xəbər verir ki, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da ilk hissəyə artırılmış dördüncü dəqiqədə “Turan Tovuz”un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Aktivində 38 xalı olan “Səbail” Azərbaycan Premyer Liqasında 6-cı, “Turan Tovuz” isə 36 xalla yeddinci yerdədir.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

09:45

Azərbaycan Premyer Liqasında bu gün XXVIII turun növbəti iki oyunu keçiriləcək.

Bakunews.media xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.

Medallar uğrunda mübarizə aparan komandaların duelləri müvafiq olaraq “ASCO Arena” və “Bank Respublika Arena”da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

XXVIII tur

30 mart

16:30. “Səbail” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVIII tura martın 29-da iki oyunla start verilib. “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i darmadağın (6:1) edən “Qarabağ” isə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.

0.47343611717224